18/02/2021
16:40
1245
| A A A
Sabah-da yeni transfer

"Sabah” heyətini yeni futbolçuyla gücləndirib.

Goal.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Ukraynalı müdafiəçi Zurab Oçiqavla mövsümün sonuna kimi müqavilə bağlanıb.

25 yaşlı Zurab peşəkar karyerası ərzində Ukraynanın “İlyiçevets” (2014-15), “Dinamo-2” (Kiyev, 2015-16), “Dinamo” (Kiyev, 2016-17), “Olimpik” (Donetsk, 2017-18), “Dnepr-1” (2018-19), “Vorskla” (2019-20) və Estoniyanın “Levadiya” (2020) klublarında çıxış edib. Oçiqava Ukrayna U-21 millisinin üzvü olub.

Yeni transfer “Sabah”da 3 nömrəli formada çıxış edəcək.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13576 səs