25/02/2021
20:47
3803
| A A A
Premyer Liqada 17-ci turun oyunları keçirildi

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları keçirilir.

Goal.az xəbər verir ki, görüşərin hamıısı bu gün oynanılır. Mərkəzi matçda "Zirə" "Neftçi" üzərində vacib qələbə qazanıb (1:0). "Qəbələ" doğma meydanda "Sumqayıt"dan üstün olub (1:0).

"Keşlə" səfərdə "Sabah"la heç-heçə edib (1:1). Digər matçda isə liderlərdən "Qarabağ" "Səbail"i qəbul edib. Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb.

18:30. “Qarabağ” – “Səbail” - 1:0

Qol: Xayme Romero, 72

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov

“Azersun Arena”

17:30. “Sabah” – “Keşlə” - 1:1

Qol: Şəhriyar Əliyev, 79 (0:1), Fofana Tiemoko, 90+1 (1:1)

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev

“Bank Respublika Arena”

16:00. “Zirə” – “Neftçi” - 1:0

Qol: Davit Volkov, 67

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı

Zirə İdman Kompleksinin stadionu

15:00. “Qəbələ” –“ Sumqayıt” - 1:0

Qol: Ceyms Adeniyi, 50

Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rauf Allahverdiyev

Qəbələ şəhər stadionu

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13773 səs