17/04/2021
22:45
923
| A A A
Premyer Liqada 23-cü tura yekun vuruldu

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulub.

Goal.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. Əvvəlcə "Sabah" "Keşlə"nin qonağı olub. Oyunda qol vurulmayıb. Turun mərkəzi oyununda isə "Neftçi" "Zirə"ni qəbul edib. Oyun meydan sahiblərinin böyükhesablı qələbəs ilə başa çatıb - 4:0.

20:15. “Neftçi” – “Zirə” - 4:0

Qol: Namiq Ələsgərov, 47, Mirabdulla Abbasov, 74, Namiq Ələsgərov, 77, Stiven Monroz, 90+2

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Vüqar Bayramov, Səbuhi Bayramov

“Bakcell Arena”

18:00. “Keşlə” – “Sabah” - 0:0

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəhim Həsənov

“ASK Arena"

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11334 səs