23/04/2021
17:18
1190
| A A A
Zirə-nin Sumqayıt-la 23-cü dueli

Aprelin 25-də Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçiriləcək.

Goal.az xəbər verir ki, “Zirə” eyni gündə keçiriləcək turda “Sumqayıt”la üz-üzə gələcək.

İndiyədək ölkə çempionatında 22 dəfə üz-üzə gələn rəqiblər 23-cü duelə çıxacaq. Əvvəlki oyunlarda üstünlük “Zirə”nin tərəfindədir. "Zirə” 10 qələbə qazanıb və 6 heç-heçə edib. Digər 6 matçda "Sumqayıt" qalib gəlib. Bu üstünlük top fərqində də öz əksini tapıb. 29 qol vuran “Zirə” 21 top buraxıb.

“Zirə” öz meydanında “Sumqayıt”a qarşı keçirdiyi son 7 görüşdən qolsuz və xalsız ayrılmayıb. Ümumiyyətlə, 10 ev matçında 6 qələbə və 3 heç-heçəsi olan bu komanda, yalnız bir dəfə uduzub. Bu oyunlarda 18 qol vuran “Zirə” futbolçuları öz qapısından 10 top buraxıb.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs