24/04/2021
11:21
530
| A A A
Qəbələ - Qarabağ: 61-ci duel

Bu həftə Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçiriləcək. Eyni gündə baş tutacaq turun görüşləri aprelin 25-də təşkil olunacaq. “Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşacaq.

Goal.az klubun saytına istinadən xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda keçiriləcək.

Bu matç iki komanda arasında 61-ci duel kimi tarixə düşəcək. Rəqiblər indiyədək 60 dəfə üz-üzə gəlib. Əvvəlki görüşlərdə 12 dəfə qalib gələn “qırmızı-qaralar” 19 qarşılaşmada heç-heçə edib. Digər 29 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 50 qol vuran komanda öz qapısından 85 top buraxıb.

“Qəbələ” Premyer Liqada 50-ci dəfə “Qarabağ”la görüşəcək. İndiyədək keçirilən 49 oyunda 10 qələbəsi olan komanda 14 dəfə meydanı sülhlə tərk edibsə, 25 dəfə uduzub. Rəqib qapısına 42 dəfə yol tapan “qırmızı-qaralar” 71 top buraxıb.

“Qəbələ” 30-cu dəfə “Qarabağ”ı qəbul edəcək. Komanda əvvəlki ev oyunlarında 8 qələbə qazanıb, 10 heç-heçə edib və 11 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısından 29 top keçirən futbolçular 34 qola üzülüb.

Xatırladaq ki, aprelin 25-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” matçı saat 17:00-da başlayacaq.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs