25/04/2021
10:55
940
| A A A
Premyer Liqada 24-cü tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçiriləcək.

Goal.az xəbər verir ki, bütün görüşlər eyni gündə oynanılacaq. Əvvəlcə "Qəbələ" doğma meydanda lider "Qarabağ"ı qəbul edəcək. "Səbail" səfərdə "Keşlə" ilə üz-üzə gələcəksə, "Neftçi" "Sabah"ın qonağı olacaq. Günün son qarşılaşmasında isə "Zirə" evdə "Sumqayıt"ı sınağa çəkəcək.

17:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Kamal Umudlu

Qəbələ şəhər stadionu

18:00. “Keşlə” –“Səbail”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov

“ASK Arena”

19:15. “Sabah” – “Neftçi”

Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Vüqar Bayramov, Kamranbəy Rəhimov

“Bank Respublika Arena”

20:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev

Zirə İdman Kompleksinin stadionu

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs