25/04/2021
22:31
1254
| A A A
Qarabağ-dan darmadağın, Neftçi-dən xal itkisi

Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilib.

Goal.az xəbər verir ki, bütün görüşlər eyni gündə oynanılıb.

Qəbələ" doğma meydanda lider "Qarabağ"ı qəbul edib və 0:5 hesabı ilə uduzub.

"Səbail" səfərdə "Keşlə" ilə üz-üzə gəlib və 0:1 hesabı ilə məğlub olub. "Neftçi" "Sabah"ın qonağı olub. "Sabah" 8 nəfərlə qaldığı oyundan bir xalla ayrıla bilib - 2:2. Günün son qarşılaşmasında isə "Zirə" evdə "Sumqayıt"ı sınağa çəkib. Matç qolsuz bərabərliklə başa çatıb.

20:00. “Zirə” – “Sumqayıt” - 0:0

Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev

Zirə İdman Kompleksinin stadionu

17:00. “Qəbələ” – “Qarabağ” - 0:5

Qollar: Xayme Romero, 64, Qara Qarayev, 68, Mahir Emreli, 87, 89, 90+1

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Kamal Umudlu

Reallaşdırılmayan penalti: Mahir Emreli, 90+4 - "Qarabağ" (qapıçı penaltini dəf edib)

Qəbələ şəhər stadionu

18:00. “Keşlə” –“Səbail” - 1:0

Qol: Rəhman Hacıyev, 51

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov

“ASK Arena”

19:15. “Sabah” – “Neftçi” - 2:2

Qollar: Təmkin Xəlilzadə, 24 (1:0), Ramil Şeydayev, 29 (2:0), Namik Ələsgərov, 36-pen (2:1), 60-pen (2:2)

Qırmızı vərəqələr: Bəhlul Mustafazadə, 58-iki sarı vərəqə ("Sabah"), Filip İvanoviç, 86-iki sarı vərəqə ("Sabah"), Təmkin Xəlilzadə, 88-iki sarı vərəqə ("Sabah")

Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Vüqar Bayramov, Kamranbəy Rəhimov

“Bank Respublika Arena”

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs