26/04/2021
10:40
734
| A A A
Zirə-nin futbolçusu koronavirusa yoluxub

"Zirə"nin futbolçusu Ruslan Qurbanovda koronavirus aşkarlanıb.

Goal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov evdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, hücumçunun test nəticəsi 2 gün öncə müsbət çıxıb. O, 30 yaşlı oyunçunun ilk dəfə infeksiyaya yoluxduğunu bildirib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs