26/04/2021
15:25
853
| A A A
Sabah - Neftçi matçının hakimləri ilə bağlı araşdırma aparılacaq - RƏSMİ

Azərbaycan Premyer Liqasında XXIV turunun “Sabah” – “Neftçi” oyununun hakimlər briqadasının idarəçiliyi ilə əlaqədar AFFA Hakimlər Komitəsi müvafiq araşdırma aparacaq.

Goal.az xəbər verir ki, bu proses matçın hakim-inspektorunun təqdim edəcəyi hesabata əsasən (hər oyundan sonra həyata keçirilən prosedura uyğun olaraq) həyata keçiriləcək.

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan görüşü Vüqar Həsənlinin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Matçın hakim-inspektoru isə Gülağa Cabbarov olub.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs