01/05/2021
10:00
816
| A A A
Azərbaycan Premyer Liqasının oyunları sükutla başlayacaq

Azərbaycan Premyer Liqası və I Divizionunun oyunları 1 dəqiqəlik sükutla start götürəcək.

Goal.az xəbər verir ki, bu, Gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsi ilə bağlıdır.

Bunu nəzərə alan Peşəkar Futbol Liqası hər iki yarışın, müvafiq olaraq, XXV və XXIV turlarının 1 dəqiqəlik sükutla başlanmasını qərara alıb.

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs