03/05/2021
11:20
1088
| A A A
Premyer Liqada 25-ci tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start veriləcək.

Goal.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Neftçi" "Keşlə"nin qonağı olacaq. Görüş saat 18:00-da başlayacaq.

Günün son qarşılaşmasında isə "Səbail" "Qəbələ"ni qəbul edəcək. Bu matça saat 20:15-də start veriləcək.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

3 may (bazar ertəsi)

18:00. “Keşlə” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

“ASK Arena”

20:15. “Səbail” –“Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev

“ASCO Arena”

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs