03/05/2021
21:58
502
| A A A
Qarabağ – Zirə matçının hakimləri açıqlandı

Azərbaycan Premyer Liqasında 25-ci turun qalan oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Goal.az xəbər verir ki, sabah baş tutacaq “Qarabağ” – “Zirə” matçını Rəşad Əhmədov idarə edəcək.

“Sumqayıt” – “Sabah” qarşılaşmasında isə Kamal Umudlu iş başında olacaq.

Azərbaycan Premyer Liqası

25-ci tur

4 may

“Qarabağ” – “Zirə”

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Bakı. “Azersun Arena”, 18:00.

“Sumqayıt” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Elçin Məsiyev.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.

Sumqayıt. “Kapital Bank Arena”, 20:15.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
10808 səs