04/05/2021
10:40
434
| A A A
Premyer Liqada 25-ci tura yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulacaq.

Goal.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə lider “Qarabağ” “Zirə” ilə üz-üzə gələcək.

Turun qapanış matçı isə “Sumqayıt”la “Sabah” arasında keçiriləcək.

Xatırladaq ki, ilk oyun günündə “Neftçi” səfərdə “Keşlə”yə 3:0, “Səbail” isə evdə “Qəbələ”yə 1:0 hesabıyla qalib gəlib.

Azərbaycan Premyer Liqası

25-ci tur

“Qarabağ” – “Zirə”

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov.

Bakı. “Azersun Arena”, 18:00.

“Sumqayıt” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Elçin Məsiyev.

Sumqayıt. “Kapital Bank Arena”, 20:15.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
10807 səs