04/05/2021
11:24
428
| A A A
Sumqayıt klubunun zərəri 14% azalıb

“Sumqayıt Futbol Klubu” MMC 2020-ci ili 2,062 milyon manat zərərlə başa vurub.



Goal.az xəbər verir ki, zərər 2019-cu ilə nisbətən 13,5% azdır.

Ötən il “Sumqayıt" əvvəlki illə müqayisədə 2,6 dəfə çox - 1,048 milyon manat gəlir əldə edib. Bunun 424 min manatı sponsor və reklamçıların hesabına (45,2% çox), 624 min manatı isə sair əməliyyatlardan (5,95 dəfə çox) əldə olunub.

İl ərzində klubun xərcləri 11,9% artaraq 3,11 milyon manat təşkil edib. Bunun 2,402 milyon manatı (14,2% çox) əmək haqqı və mükafatların verilməsinə, 35 min manatı əsas vəsaitlərin amortizasiyasına (təxminən 2 dəfə çox), 672 min manatı isə sair əməliyyatlara yönəldilib.

Bu il yanvarın 1-nə “Sumqayıt Futbol Klubu”nun aktivləri 324 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 81% çoxdur.

Hesabat dövründə klubun öhdəlikləri 15,1% artaraq 15,099 milyon manata, balans kapitalındakı çatışmazlıq isə 14,2% artaraq 14,776 milyon manata çatıb.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
10808 səs