04/05/2021
22:22
880
| A A A
Premyer Liqada 25-ci tura yekun vuruldu

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.

Goal.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş keçirilib. "Qarabağ" doğma meydanda "Zirə" ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Ağdam təmsilçisi xal itirsə də, liderliyini qoruyub. "Zirə" isə yenidən 3-cü pilləyə yüksəlib.

Turun son qarşılaşmasında isə Azərbaycan kubokunun finalçısı "Sumqayıt" "Sabah"ı qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Sabah" bu qələbə ilə 5-ci pilləyə yüksəlib.

20:15. “Sumqayıt” – “Sabah” - 0:2

Qol: Mario Marina, 40, Fofana Tiemoko, 69

Qırmızı vərəqə: Camaləddin Xocaniyazov, 86 ("Sumqayıt")

Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Elçin Məsiyev

“Kapital Bank Arena”

18:00. “Qarabağ” – “Zirə” - 1:1

Qol: Fakundo Melivilo, 17 (0:1), Abdullah Zubir, 19 (1:1)

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov

“Azersun Arena”

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs