02/06/2021
10:00
542
| A A A
Zirə-də yeni müqavilə

Futbolçu Hacıağa Hacılı növbəti mövsüm də "Zirə"nin şərəfini qoruyacaq.

Goal.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi daha 1 illiyə "Qarabağ"dan icarəyə götürülüb.

Qeyd edək ki, Hacılı ötən mövsüm də icarə əsasında "Zirə"nin formasını geyinib.