02/06/2021
17:27
2275
| A A A
Neftçi daha bir futbolçusunu icarəyə verdi

“Neftçi” PFK futbolçu Turan Vəlizadə müqavilənin müddətini artırıb.

Goal.az xəbər verir ki, anlaşmaya əsasən, 20 yaşlı yarımmüdafiəçi 2023-cü il mayın 31-dək “ağ-qaralar”a məxsus olacaq. 2020/2021 mövsümünü icarə əsasında “Keşlə”də keçirən Vəlizadə daha 1 il müddətinə bu kluba icarəyə verilib.

Qeyd edək ki, Turan Vəlizadə 2018-2020-ci illər ərzində “Neftçi”nin heyətində 2 rəsmi oyunda meydana çıxıb.