04/06/2021
11:36
670
| A A A
Sabah-da rəsmi ayrılıq

“Sabah” müqavilə müddəti bitən komandanın kapitanı Ruslan Abışovla yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Millimizin sabiq üzvü 2019-cu ilin yayından “Sabah”ın uğurları üçün çalışırdı.

Klub Abışova xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.