04/06/2021
18:29
452
| A A A
Sabah-da növbəti ayrılıq

"Sabah” klubu futbolçusu Filip İvanoviçlə yollarını ayırıb.

Goal.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Serbiyalı oyunçu 2018-ci ildən komandanın üzvü olub və 59 görüşdə iştirak edib. O, “Sabah”da Saşa Stamenkoviçdən sonra ən çox oyun keçirən ikinci futbolçudur.

Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.