08/06/2021
10:41
837
| A A A
Neftçi-də yeni müqavilə

"Neftçi” futbolçusu Mamadu Mbodj ilə müqaviləni yeniləyib.

Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Seneqallı müdafiəçi daha 2 il paytaxt təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Mbodj 2018-ci ilin dekabrından "Neftçi"də oynayır.