08/06/2021
16:20
1042
| A A A
Keşlə-də üç yeni müqavilə

"Keşlə" futbolçusu Azər Salahlı ilə müqavilənin müddətini uzadıb.

Goal.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin 27 yaşlı müdafiəçisi daha 1 il paytaxt təmsilçisinin formasını geyinəcək.

Bundan başqa, "Neftçi”dən icarəyə götürülmüş Rəhman Hacıyev və Turan Vəlizadə ilə 1 illik yeni sözləşmə imzalanıb.