08/06/2021
16:51
1065
| A A A
Neftçi yetirməsiylə yeni müqavilə imzaladı

“Neftçi” yetirməsi Mirabdulla Abbasovla müqavilənin müddətini uzadıb.

Goal.az klubun saytına istinadən xəbər verir ki, yeni anlaşmaya görə, 26 yaşlı hücumçu daha 2 il – 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.

Abbasov “Neftçi”də keçirdiyi 7 mövsüm ərzində 95 oyunda meydana çıxıb, 20 qola imza atıb.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli və Mamadu Mbodjla yeni müqavilə bağlamışdı.