11/06/2021
11:29
964
| A A A
Keşlə-nin hazırlıq planı bilindi

Azərbaycan kubokunun son qalibi "Keşlə" iyun ayının 15-dən məşqlərə başlayacaq.

Goal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA Konfrans Liqasına vəsiqə qazanmış komandanın hazırlıq planı iki mərhələdən ibarət olacaq.

Birinci mərhələdə Bakıda məşqlərə başlayacaq paytaxt təmsilçisi iyulun 1-də Qəbələyə yollanacaq. Bakı toplanışından öncə komanda tibbi-müayinədən keçəcək. İyunun 27-də Bakıda yoxlama matçı planlaşdırılır.

"Keşlə" 1-14 iyul tarixlərini əhatə edəcək ikinci mərhələdə Qəbələdə üç yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 5, 10, 14 iyul tarixlərində keçiriləcək. Rəqiblər haqqında hələlik məlumat verilməyib.