11/06/2021
15:27
1236
| A A A
Neftçi-də rəsmi ayrılıq

“Neftçi” qapıçı Səlahət Ağayev ilə başa çatan müqaviləni yeniləməyib.

Goal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. “Neftçi” göstərdiyi xidmətə görə ona təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Səlahət Ağayev “Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 70 oyunda meydana çıxıb.