22/06/2021
12:33
3998
| A A A
Zirə-də iki ayrılıq

"Zirə" iki futbolçusu ilə yollarını ayırıb.

Goal.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub Fakundo Melivilo və Şəhriyar Rəhimovla vidalaşıb.

Argentinalı hücumçu ilə bağlanmış müqavilə başa çatıb, Rəhimov isə qarşılıqlı razılaşma əsasında komandadan ayrılıb.

"Qartallar" futbolçulara klub üçün göstərdikləri xidmətə görə təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.