Səbail daha bir legioneri ilə vidalaşdı
Səbail daha bir legioneri ilə yollarını ayırıb.
Goal.az xəbər verir ki, paytaxt klubu Domantas Şimkusun müqavilə müddətinin sona çatması ilə əlaqədar futbolçu ilə yollarının ayrılması barədə qərar qəbul edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Səbail Domantasa gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Səbail daha öncə Nikolas Raysellə yolların ayrıldığını açıqlamışdı.