24/06/2022
10:57
1277
| A A A
AFFA Stuxliklə vidalaşdı

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlikin müqavilə müddəti iyunun 30-da başa çatacaq.

Goal.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2018-ci il sentyabrın 14-dən etibarən Hakimlər Komitəsinin sədri vəzifəsində çalışmış Stuxlikə fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Hakimlər Komitəsinin sədri vəzifəsinə yeni təyinatla bağlı əlavə məlumat veriləcək.