01/08/2022
18:59
903
| A A A
Kəpəz-in ev oyunlarının yeri açıqlanıb

"Kəpəz" futbol üzrə Azərbaycan Premyer Liqasındakı ev oyunlarını Gəncədə keçirə bilməyəcək.

Goal.az xəbər verir ki, buna səbəb Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olmasıdır.

Komanda çempionatda ilk ev matçını Bakıda "Dalğa Arena"da oynayacaq. Digər görüşlər haqqında qərar qarşıdakı günlərdə veriləcək.