05/08/2022
18:02
620
| A A A
Kəpəz-in yeni kapitanı bəlli oldu

“Kəpəz”in yeni mövsümdə kapitanı Tural Axundov olacaq.

Goal.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli müdafiəçi 2015-2017-ci illər aralığında da “sarı-göylər”in kapitan sarğısını daşıyıb.

Əli Səmədov ilə Rauf Əliyev isə “Kəpəz”in vitse-kapitanları olacaq.