Azərbaycan Premyer Liqasına start verilib
Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib.
Goal.az xəbər verir ki, turun açılış oyununda "Kəpəz" "Dalğa Arena"da "Zirə" ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olduğu üçün "Kəpəz" ev oyununu Bakıda keçirib.
Qeyd edək ki, turun digər oyunları 6-7-8 avqust tarixlərində keçiriləcək.
"Kəpəz” – “Zirə” - 1:2
Qollar: Mohamed Hamdaui, 32 (0:1), Mixeil Erqemlidze, 45+1 (1:1), Sertan Taşkın, 90+4 (1:2)
Qırmızı vərəqə: Dmitrios Çantakias, 83-birbaşa qırmızı vərəqə ("Zirə")