Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.
Goal.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Qəbələ doğma meydanda Şamaxı-nı qəbul edəcək. Meydan sahibləri ötən tur Turan Tovuz-u 2:0 hesabı ilə üstələyib, qonaqlar isə Neftçi-yə uduzub - 0:1.
Komandalar indiyədək ölkə çempionatlarında 55 dəfə üz-üzə gəliblər. Bunların 17-də "qırmızı-qaralar", 19-da Şamaxı təmsilçisi qalib gəlib. Topların nisbətində də qonaqlar üstündür - 72:58. Qəbələ Premyer Liqada bu rəqiblə ardıcıl 7 oyunda meydanı qolsuz tərk etməyib. Şamaxı isə son 4 görüşdə qələbə qazanmayıb.
II tura Neftçi - Kəpəz matçı ilə yekun vurulacaq. "Ağ-qaralar" ilk turda Şamaxı-nı 1:0 hesabı ilə yenib. Gəncə klubu isə Zirə ilə dueldən məğlub ayrılıb - 1:2. Komandalar bu vaxtadək çempionat oyunlarında 51 dəfə qarşılaşıblar. 24 dəfə paytaxt təmsilçisi, 18 dəfə Kəpəz meydanı 3 xalla tərk edib. Topların nisbətində də "ağ-qaralar" üstündür - 73:46. (report)