16/09/2022
20:06
1393
| A A A
Azərbaycan Premyer Liqası: Sabah Turan Tovuz-a qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.

Goal.az xəbər verir ki, açılış matçında Sabah Turan Tovuz-u qəbul edib.

"Bank Respublika Arena"dakı qarşılaşma 1 dəqiqəlik sükutla başlayıb. Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsi yad edilib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Hesabı 15-ci dəqiqədə paytaxt təmsilçisindən Davit Volkov açıb. 34-cü dəqiqədə Coy Lens Mikels 2-ci topu qonaqların qapısından keçirib. Almaniyalı yarımmüdafiəçi fərqləndikdən sonra əsgər salamı verib. 39-cu dəqiqədə Şakir Seyidov qırmızı vərəqə alaraq, Tovuz təmsilçisini azlıqda qoyub. 81-ci dəqiqədə isə bölgə klubunun hücumçusu Runi Eva fərqlənərək, fərqi minimuma endirib. Əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə isə Elvin Camalov penaltini dəqiq yerinə yetirərək, yekun hesabı müəyyənləşdiirb. (report)