18/09/2022
10:05
1033
| A A A
Premyer Liqada 7-ci tura yekun vurulur

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulacaq.

Goal.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə autsayderlər üz-üzə gələcək. Kəpəz Şamaxı-nı qəbul edəcək. Günün digər matçında isə Qarabağ Zirə-nin qonağı olacaq.

18:00. Kəpəz – Şamaxı

Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə

Qəbələ şəhər stadionu

20:30. Zirə – Qarabağ

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Əli Əliyev

Zirə İdman Kompleksinin stadionu