Kəpəz Premyer Liqada ilk qələbəsini qazanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
Goal.az xəbər verir ki, Kəpəz Qəbələdə Şamaxı-nı qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan görüş Gəncə təmsilçisinin 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Hesabı 5-ci dədiqəqədə nominal qonaqlardan Nihad Quliyev açıb. 47-ci dəqiqədə Ahmed Ayzaya Kəpəz-in bərabərlik qolunu vurub. 60-cı dəqiqədə isə Abdullahi Şuaybu matçda son nöqtəni qoyub.
Mövsümdə ilk qələbəsini qazanan Kəpəz 3 xalla 9-cu pilləyə yüksəlib. 2 xalı olan Şamaxı isə sonuncu - 10-cu sıraya geriləyib. (report)