19/09/2022
14:50
1998
| A A A
Musa Qurbanlı 38-ci oldu

Azərbaycan çempionatları tarixində 38-ci poker qeydə alınıb.

Goal.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 7-ci turuna təsadüf edib. "Qarabağ"ın futbolçusu Musa Qurbanlı “Zirə” ilə səfər qarşılaşmasında (1:7) meydan sahiblərinin qapısına 4 qol vurub.

Bu təkcə 2022/23 mövsümünün deyil, son 8 mövsümün ilk pokeridir. Bir oyunda 4 qol vuran sonuncu futbolçu Freddi Mombonqo olub. AZAL-ın futbolçusu 2014/15 mövsümündə fərqlənib. O, 2676 gün öncə - 2015-ci il mayın 22-də “Simurq”la qarşılaşmada (5:0) 4 qol vurub.