23/09/2022
20:00
1234
| A A A
PFL rəhbərliyi Sumqayıt-ın stadionuna baş çəkib

Peşəkar Futbol Liqasının (PFL) rəhbər heyəti Sumqayıta səfər edib.

Goal.az xəbər verir ki, burada eyniadlı klubunun rəhbərliyi ilə görüş keçirilib.

"Gənclik şəhəri" təmsilçisinin prezidenti Riad Rəfiyev PFL rəhbəri Elxan Səmədova təbriklərini çatdırdıqdan sonra idman direktoru Faiq Hacı-Məhərrəmov, eləcə də media və marketinq departamentinin rəhbəri Rəşad Məmmədovun da iştirakı ilə klub rəsmilərini maraqlandıran məsələlər müzakirə edilib.

Ardından qonaqlar tikintisi yekunlaşmaq üzrə olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna baş çəkiblər.

PFL prezidentini görüş zamanı vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev müşayiət edib. (report)