23/09/2022
21:00
1201
| A A A
AFFA İntizam Komitəsi 5 klubu cərimələyib

AFFA İntizam Komitəsinin (İK) qərarları açıqlanıb.

Goal.az xəbər verir ki, İK Premyer Liqada çıxış edən 5 klubu cərimələyib.

Turan Tovuz-un futbolçusu Şakir Seyidov Bakıda Sabah-a 1:3 hesabı ilə uduzduqları VII tur matçında qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. 22 yaşlı müdafiəçi Tovuz təmsilçisi isə 1 600 manat xərcə slaıb.

Qəbələ - Sumqayıt görüşündə (1:0) "qırmızı-qaralar"ın azarkeşləri Elçin Məsiyevi təhqir etdiyi üçün meydan sahibləri 4 000 manat cərimə olunub. Bundan başqa, əyalət təmsilçisinin yarımmüdafiəçisi Rövlan Muradov birbaşa qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 2 oyunluq diskvalifikasiya alıb. Klub isə 1600 manat cərimə ödəyəcək.

Səbail evdə Neftçi-yə 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra isti su təchizatının olmaması səbəbindən 800 manat cərimə olunub.

Kəpəz isə azarkeşlərinə görə ziyana düşüb. Fanatlar Qəbələdə Şamaxı ilə görüşdə (2:1) hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlətdiyi üçün Gəncə təmsilçisi 4 000 manat cərimələnib. Həmçinin, Kəpəz-in 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub əlavə 800 manat cərimə ödəməli olacaq.

Şamaxı isə 2-ci hissədə meydana 3 dəqiqə gec daxil olduğu üçün 800 manat cərimələ olunub. Bundan əlavə, bölgə təmsilçisinin futbolçusu Rauf Hüseynli oyundan sonra hakimin qərarına etirazını bildirdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komandasını isə 200 manat xərcə salıb. (report)