Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha 2 oyunu keçiriləcək.
Goal.az xəbər verir ki, günün ilk matçında lider Qarabağ Turan Tovuz-un qonağı olacaq. 50 xalı olan Ağdam klubu turnir cədvəlinə başçılıq edir. Tovuz təmsilçisi isə 17 xalla 6-cıdır.
İki komanda indiyədək ölkə çempionatında 2 dəfə üz-üzə gəlib. Əvvəlki matçlarda Qarabağ qələbə qazanıb - 3:0, 2:0. Turan Tovuz həm xal qazanmayıb, həm də qol vurmayıb.
Günün son oyununda Zirə Sumqayıt-ı qəbul edəcək. Hazırda "qartallar" 28 xalla 4-cü, "gənclik şəhəri" təmsilçisi isə 12 xalla 9-cu pillədə qərarlaşıb. (report)