26/01/2023
13:23
1644
| A A A
Qarabağ “böyük beşlik” komandalarını qabaqlayır

İngiltərənin Newcastle klubu 2022/2023 mövsümündə qol buraxmadığı oyun sayına görə, Avropanın “böyük beşlik” ölkələrinə başçılıq edir.

Goal.az xəbər verir ki, “sağsağanlar” İngiltərə Liqa Kubokunun yarımfinalında Southampton-a 1:0 hesabı ilə qalib gəlməklə mövsümün rekordunu ələ keçirib.

Premyer Liqa təmsilçisi cari mövsüm bütün turnirlərdə keçirdiyi matçların 16-da qapısında top görməyib.

Müqayisə üçün əlavə edək ki, Azərbaycan klubu Qarabağ da cari mövsüm 16 görüşü “quru” hesabla tamamlamağı bacarıb. “Böyük beşlik” komandalarını qabaqlayan ağdamlılar bu baxımdan yalnız Newcastle-la eyni göstəriciyə malikdirlər. Qurban Qurbanovun kollektivi bütün turnirlərdə keçirdiyi qarşılaşmaların 12-də qapısının toxunulmazlığını qoruyaraq qalib gəlib, 4 dəfə isə meydanı qolsuz bərabərliklə tərk edib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısını məğlubiyyətsiz başa vuran Qarabağ avrokuboklardakı mübarizəsini UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI