Qarabağ növbəti transferini açıqlayıb
Qarabağ növbəti transferini həyata keçirib.
Goal.az xəbər verir ki, Ağdam təmsilçisi Yassin Benzianı heyətinə qatıb.
Əlcəzair millisinin üzvü son olaraq Dijon-da çıxış edib.
O, Lyon, Lille, Fenerbahçe, Hatayspor klublarında oynayıb. Benzia Qarabağ-da 7 nömrəli futbolkanı geyinəcək.