28/01/2023
10:23
2432
| A A A
Kəpəz üç ayrılığı rəsmən açıqladı

Əfran İsmayılov, Rauf Əliyev və Mixeil Erqemlidze Kəpəz-i tərk edib.

Goal.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, hər üç futbolçu ilə bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Klub onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, Əfranla Rauf bununla da karyeralarını bitiriblər.

GÜNÜN ƏN ÇOX OXUNANLARI