Azərbaycan Premyer Liqasında XX tur başlayır
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.
Goal.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
12 xalla 9-cu pillədə qərarlaşan Sumqayıt Kapital Bank Arena-da 17 xalla 6-cı olan Turan Tovuz-u qəbul edəcək.
Komandalar bunadək ölkə çempionatında 2 dəfə üz-üzə gəliblər. Həmin matçların birində Tovuz klubu qələbə qazanıb, digərində isə heç-heçə qeydə alınıb. Bu qarşılaşmalarda "gənclik şəhəri" təmsilçisi qol vura bilməyib.