27/02/2023
11:00
1158
| A A A
Premyer Liqa: Neftçi Qarabağ önündə 2 illik tilsimi qırmağa çalışacaq

Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulacaq.

Goal.az xəbər verir ki, qapanış matçında əzəli rəqiblər Qarabağ və Neftçi birincilərin meydanında üz-üzə gələcəklər.

Avrokuboklarla vidalaşan Qarabağ-da ötən həftəiçi Belçika klubu Gent-lə oyunun heyətində rotasiyalar gözlənilir. Sabah-ın ardıcıl ikinci matçda büdrəməsi bugünkü qarşılaşmanın önəmini daha da artırır. Ağdamlılar qalib gəlməklə xal fərqini 11-ə yüksəldə və liderliyini daha da möhkəmlədə bilərlər.

Neftçi üçün isə qələbə ikiqat vacibdir. “Ağ-qaralar” həm ikinci pillədəki Sabah-la aradakı xal fərqini 2-yə endirməyə, həm də Qarabağ-la matçlardakı uğursuz seriyaya son qoymağa çalışacaqlar. Bu komandaların çempionatdakı son 6 duelindən Qurban Qurbanovun kollektivi qalib ayrılıb. Neftçi axırıncı dəfə 2021-ci ilin mayında – iki il əvvəl əzəli rəqibini məğlub etməyi bacarıb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI