AFFA İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq məsələlər açıqlanıb.
Goal.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə bir sıra vacib məsələlər daxil edilib.
- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər
- 2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən ayrılacaq maliyyə vəsaitinin müxtəlif regionlarda yeni stadionların inşasına ayrılması
- Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin təsdiqi
- AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibinin təsdiqi
- Futbol veteranları üçün fərdi təqaüdlər haqqında Əsasnaməsinin təsdiqi
- Yoxlama və Təftiş Komitəsinin hesabatı
- I Divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın müzakirəsi
- Azərbaycan Premyer Liqası, I Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə həvalə olunmasının təsdiqi
- I Divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi
- 2023/2024 mövsümündən I Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi
- Azərbaycan Futzal Federasiyasının fəaliyyəti ilə bağlı qurum rəhbərliyinin məlumatı
- Digər məsələlər
Qeyd edək ki, İcraiyyə Komitəsinin iclası martın 7-də baş tutacaq.