I Divizionda XIX tura yekun vuruldu
Azərbaycan I Divizionunda XIX tura yekun vurulub.
Goal.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.
"Turan Tovuz"un əvəzedici komandası evdə "Zirə-2"-ni məğlub edib. Autsayder "Sumqayıt-2" səfərdə "Qəbələ"nin ikinci komandasına uduzub.
Azərbaycan I Divizionu
XIX tur
2 mart
Turan Tovuz - Zirə-2 - 2:1
Qollar: Sadiq Şəfiyev, 16, 38 - Tuncay Hacıyev, 90+5
Qəbələ-2 - Sumqayıt-2 - 4:1
Qollar: Aqil Nəsibov, 7, Rauf Məhərrəmov, 30, Salman Ələsgərov, 52 (pen.), Gülağa Əsədov, 65 - Cavidan Abbaszadə, 82