04/03/2023
19:26
3590
| A A A
Azərbaycan Premyer Liqası: Sumqayıt Səbail-ə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

Goal.az xəbər verir ki, günün ilk matçında Səbail Sumqayıt-ı qəbul edib.

"ASCO Arena"dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. Qələbə qolunu 90+8-ci dəqiqədə penaltidən Terrens Tisdel vurub.

68-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Qustavo de Fransa birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

"Gənclik şəhəri" təmsilçisi qələbə sayəsində xallarının sayını 21-ə çatdıraraq 7-ci pilləyə yüksəlib. "Dənizçilər" isə 17 xalla sonuncu - 10-cu sırada qərarlaşıb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI