14/05/2021
14:53
3551
| A A A
Duqlas Kosta klubunu dəyişir

Müqavilə ilə Juventus-a məxsus olan, icarə əsasında Bayern Münich-də çıxış edən Duqlas Kosta karyerasını Braziliyada davam etdirəcək.

Goal.az xəbər verir ki, 30 yaşlı braziliyalı yarımmüdafiəçi Gremio klubu ilə razılaşıb.Kostanın keçidinin yaxın zamanda açıqlanacağı bildirilib.

Bu mövsüm Bayern ilə 22 oyunda bir qol vuran Kostanın icarə müqaviləsinin müddəti yaya qədərdir.