14/05/2021
21:47
2195
| A A A
Premyer Liqada 27-ci turun oyunları keçirilib

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

Goal.az xəbər verir ki, bu gün bütün görüşlər oynanılıb. "Qəbələ" öz meydanında "Sabah"la qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Digər oyunda lider "Qarabağ" "Keşlə"ni qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Eyni vaxta başlayan oyunlarda "Neftçi" "Sumqayıt"ı 1:0, "Zirə" "Səbail"i 2:0 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra "Qarabağ" 57 xalla 1-ci, "Neftçi" 56 xalla 2-ci pillədə qərarlaşıb.

Beləliklə, çempionluğun taleyini son turda həll olunacaq. Mövsümün son turunda "Neftçi" "Qarabağ"ı qəbul edəcək.

19:00.“Qarabağ” – “Keşlə” - 2:0

Qollar: Mahir Emreli, 47, Ovusu Kvabena, 74

Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev

“Azersun Arena”

19:00.“Sumqayıt” – “Neftçi” - 0:1

Qol: Voyislav Stankoviç, 45+1

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə

"Kapital Bank Arena”

19:00.“Zirə” – “Səbail” - 2:0

Qollar: Ağabala Ramazanov, 58, Nemanya Andelkoviç, 64

Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Nahid Əliyev, Namiq Bəkirov

Zirə İdman Kompleksinin stadionu

17:00.“Qəbələ” –“Sabah” - 2:2

Qol: Xulio Sezar Rodriqes, 28 (0:1), Slavik Alxasov, 59 (0:2), Nikolas Raysel, 63 (1:2), Stefan Vukçeviç, 65 (2:2)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov

Qəbələ şəhər stadionu