Emre Çolak İspaniya klubuna keçdi
Türkiyəli futbolçu Emre Çolak karyerasını İspaniyada davam etdirəcək.
Goal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi İntercity-yə keçib. Bu barədə III liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Emre daha əvvəl Galatasaray, Başakşehir, Karagümrük kimi klublarda forma geyinib. O, Türkiyə yığmasında 4 oyuna çıxıb.