Türkiyədə Mərkəzi Hakimlər Komitəsinin sədri istefa verib
Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Sabri Çelik vəzifəsindən ayrılıb.
Goal.az xəbər verir ki, o, istefa ərizəsini TFF-yə təqdim edib. Çelik MHK üzvləri ilə birlikdə istefa verib.
Sədrin ərizəsinin qəbul olunduğu bildirilib.
Qeyd edək ki, Sabri Çelik ötən ilin aprelində bu vəzifəyə təyin edilmişdi. O, cəmi 9 ay postunda qalıb.(report)